ABŞ Nümayəndələr Palatasının spikeri ilk dəfə qaradərili olub

ABŞ Nümayəndələr Palatasının yeni spikeri məlum olub.

SİA APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Hakem Ceffris seçilib.

O, Konqresin hər iki palatasında iki böyük partiyadan birinə rəhbərlik edən ilk qaradərili şəxsdir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri olan Nensi Pelosi daha əvvəl Konqres üzvü olaraq qalacağını və seçildiyi müddətə xidmət edəcəyini bildirmişdi.

ABŞ prezidenti Co Bayden ara seçkilərdə Nümayəndələr Palatasında yerlərin əksəriyyətini qazanan Respublikaçı Partiyasının üzvlərini təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə