Ukraynanın İspaniya səfirliyində partlayış baş verdi

Ukraynanın İspaniya səfirliyində baş verən partlayış nəticəsində bir nəfər yaralanıb.

İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin polis mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, 30 noyabr günorta saatlarında Ukraynanın İspaniya səfirliyi binasında partlayış olub.

SİA-nın əldə etdiyi məlumata görə, partlayış səfirliyə gedən zərfin açıldığı zaman baş verib, bir məmur yüngül xəsarət alıb.

Hadisə ilə əlaqədar terror aktı protokolunu həyata keçirən İspaniya polisi Tedax bomba zərərsizləşdirmə qrupunun mütəxəssislərini Ukrayna səfirliyinə göndərib.

Polis ərazini mühasirəyə alaraq təhlükəsizlik dairəsi yaradıb.

Partlayışın zərfin içindəki mexanizmin səbəb olduğu bildirilir.

Ukrayna səfirliyi hələlik insidentlə bağlı şərh verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə