Çində quş qripinə yeni yoluxma halı təsdiqlənib

Çində insanın yüksək patogenli H5N1 quş qripi virusuna yeni yoluxma halı qeydə alınıb.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Honkonq səhiyyə orqanları məlumat yayıb.

Bildirilib ki, ölkənin cənubunda yerləşən Quansi-Çjuanq muxtar rayonunun Sinçjou şəhərinin 38 yaşlı sakini infeksiyaya yoluxub. Həmin şəxsin ev quşları ilə təmasda olduğu bildirilir. Xəstə xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, 2005-ci ildən Çində insanın H5N1 ştamına yoluxması ilə bağlı 54 fakt qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə