Son 24 saatda 5 fələstinli həyatını itirib

İsrail ordusunun açdığı atəş nəticəsində son 24 saatda 5 fələstinli həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Fələstinin əl-Mügir kəndində baş verib.

İsrail qüvvələri kəndə basqın edərkən onların qarşısını kəsməyə çalışan fələstinlilərə atəş açıb.

Nəticədə 5 kənd sakini vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə