ABŞ "Vaqner"i terror təşkilatı kimi tanıya bilər

ABŞ Rusiyanın "Vaqner" özəl hərbi şirkətini xarici terror təşkilatı kimi tanıya bilər. SİA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

Agentlik qeyd edir ki, bu yolla Vaşinqton hərbi şirkətin Ukraynada mövcudluğunu azaltmaq niyyətindədir. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Amerika prezidentinin administrasiyası hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib.

Əgər "Vaqner" Vaşinqton tərəfindən terror təşkilatı elan edilərsə, Birləşmiş Ştatlar onun üzvlərini mühakimə edə və bütün dünyada beynəlxalq aktivlərinə nəzarət edə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə