ABŞ Ukraynaya qırıcı göndərmək niyyətində deyil

Ukraynanı qırıcılarla təmin etmək ABŞ üçün prioritet deyil. SİA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrick Ryder bildirib.

"Qırıcı təyyarələrə gəldikdə, biz bu haqda düşünən zaman onların saxlanması və tələb olunacaq təlimlər haqqında düşünürük, ona görə də bu, bizim üçün təcili prioritet deyil', - o deyib.

Bu gün NATO-nun keçmiş baş komandanı və ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis bildirib ki, NATO üzvləri Ukraynaya MiQ-29 və F-16 qırıcılarının göndərilməsini müzakirə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə