İranda ölən etirazçıların sayı 448-ə çatıb

İranda nümayişlər zamanı ölən etirazçıların sayı 448 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Norveçdə fəaliyyət göstərən İran İnsan Haqları Təşkilatı (IHR) məlumat yayıb.

Son bir həftə ərzində etirazlar zamanı 16 nəfərin öldüyü bildirilib. Ən çox itkilərin qeydə alıdığı vilayət Sistan-Bəlucistan olub.

Bundan başqa, Sistan-Bəlucistanda 128, Kürdüstanda 53, Qərbi Azərbaycanda 51, Tehranda 43, Mazandaranda 37, Kirmanşahda 25, Gilanda 24 nəfər həlak olub. Həyatını itirən nümayişçilərdən 29-nun qadın, 60 nəfərin isə 18 yaşdan kiçik olduğu vurğulanıb.

Qeyd edək ki, bu ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranı etiraz aksiyaları bürüyüb. Nümayişlər iki aydan çoxdur ki, davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə