Çin nüvə başlıqlarının sayını 4 dəfə artıracaq

Çin 2035-ci ilə qədər nüvə başlıqlarının sayını təxminən dörd dəfə artıracaq. SİA xəbər verir ki, bu barədə Pentaqonun hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Çinin nüvə qüvvələri ABŞ rəsmilərinin proqnozlaşdırdığından daha sürətlə genişlənir.

Ötən il Pentaqon Çinin sahib olduğu nüvə başlıqlarının sayının 6 il ərzində 700-ə çata biləcəyini, 2030-cu ilə qədər isə 1000-i keçəcəini açıqlamışdı. Çinin hazırda 400-ə yaxın nüvə başlığı var. Yeni hesabatda deyilir ki, bu rəqəm 2035-ci ilə qədər 1500-ə çata bilər.

Müqayisə üçün qeyd edək ki, ABŞ-da 3750 aktiv nüvə başlığı var.

Bütün xəbərlər Facebook səhifəmizdə