Luqansk vilayətində neçə yaşayış məntəqəsi azad edilib?

Ukrayna Silahlı qüvvələri Luqansk vilayətində əks-hücum əməliyyatını davam etdirirlər.

SİA Ukrayna saytlarına istinadən xəbər verir ki, noyabrın 29-na olan məlumata görə, Ukrayna ordusu 13 yaşayış məntəqəsini rus işğalçılarından azad ediblər.

“Hazırda Luqansk vilayətində 13 yaşayış məntəqəsi işğaldan azad edilib. Belə ki, tezliklə sakinlərə sosial xidmətlərin təhlükəsizliyini təmin etmək və əsas həyati təminat sistemlərinin fəaliyyətini bərpa etmək üçün burada minalardan təmizləmə işləri aparmaq lazım gələcək”.

Bu barədə Luqansk OVA rəhbərinin birinci müavini Aleksey Smirnov bildirib.

Onun sözlərinə görə, yerli hakimiyyət orqanları işğaldan azad edilmiş yaşayış məntəqələrinin evakuasiya vəziyyətini və problemlərini müzakirə ediblər. Bundan əlavə, minatəmizləmə, humanitar yardımların çatdırılması və istilik məntəqələrinin yerləşdirilməsi üzrə işçi qrupların formalaşdırılması istiqamətində işlər aparılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə