Rusiyada artıq tək-tək gəzmək də təhlükəlidir?

Moskvada polis rəssam Daniil Şerşnevi saxlayaraq, hərbi komissarlığa aparılıb, sonra da “təqiri libas” edilərək hərbi hissəyə göndərilib.

SİA bu barədə rus saytlarına istinad edir.

Rəssamın yaxın dostu Yekaterina, Şerşnevin yanvarın 28-də kirayədə qaldığı evin girişində saxlanıldığını bildirib.

Mülki geyimlilər onu adı və soyadıyla çağıraraq, cinayət araşdırması ilə bağlı hərbi komissarlığa getməsini əmr ediblər.

Qeyd edək ki, Şerşnev dərhal çağırış şurasına, sonra toplaşma məntəqəsinə aparılıb. Orada ona anası ilə belə görüşə icazə verilməyib.

Dostları onunla görüşmək istədiklərini bildirdikdə toplanış yerində “əllərini-əllərinə sürtüb” (...bizdə buna “əlin cibində olsun” deyirlər-A.B.) “icazə verilmir” deyiblər.

Yekaterinanın dediyinə görə, onu Tver vilayətindəki hərbi hissəyə aparıblar.

Onu da qeyd edək ki, gənc rəssamda mədə xorası xəstəliyi var. Ona görə də, qohumları onu xəstəxanaya yerləşdirilməsi üçün müraciətlərinin cavabsız qalmayacağına ümidlidirlər.

Maraqlıdır ki, Rusiyanın hüquq-mühafizə orqanları Şerşnevin saxlanmasını və xidmətə göndərilməsini rəsmən təsdiqləməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə