Türkiyənin İstanbul şəhərində anbarların birində güclü yanğın baş verib.

SİA-nın məlumatına görə, yanğın Beykoz rayonunda qeydə alınıb.

Yanğının qarşısının alınması üçün əraziyə çoxlu sayda yanğınsöndürən cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib. Yanğının qarşısını bir müddət sonra almaq mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə