“Ankara bu məsələdə heç kimə hesabat verməyəcək”

"Türkiyə Suriya və İraqın şimalındakı əməliyyatlara görə məsuliyyət daşımamalıdır"

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkəsinin Suriya və İraqın şimalında keçirdiyi hərbi əməliyyatlara görə, “heç kəs narahat olmamalıdır” deyə bildirib.

O, kürdlərin sərhədlərini qorumaq üçün ruslara minnətçi düşmələrinə rəğmən, Ankaranın bu məsələdə heç kimə hesabat verməyəcəyini də bəyan edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ərdoğan, Türkiyə “cənub sərhədlərində 30 km dərinlikdə təhlükəsizlik zonası yaratmaq” niyyətində olduğunu və “təhlükəsizliklə bağlı addımlar atarkən heç kimdən icazə almayacağını” bildirib.

Qeyd edək ki, Türkiyə lideri Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında və Suriyada terrorçuların hədəflərinə endirdiyi zərbələrə də münasibət bildirib. Ərdoğanın sözlərinə görə, heç kim Türkiyəni siyasi, diplomatik, iqtisadi və hərbi sahədə maraqlarına zidd mövqe tutmağa məcbur edə bilməz.

Xatırladaq ki, noyabrın 20-dən Türkiyə Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının Suriya qanadına qarşı hava əməliyyatı keçirir. Qeyd edək ki, İraqın şimalında olduğu kimi, Suriyanın Türkiyə ilə olan sərhədi üzərində yerləşən Kobani şəhərinə də zərbələr endirilməsi barədə məlumatlar gəlməkdədir.

Yeri gəlmişkən, əməliyyatı uğurlu adlandıran Ərdoğan, bunun ardınca quru əməliyyatı da olacağını istisna etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə