Putindən Tokayevə yeni ittifaq yaratmaq təklifi

Yanvarın 28-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə prezident Vladimir Putinin Rusiya, Qazaxıstan və Özbəkistanın üçtərəfli ittifaqının yaradılması, o cümlədən qaz sahəsində problemlərin həlli təklifindən danışıb.

SİA bu barədə Türkiyə saytlarına istinad edir.

“Bu gün Vladimir Vladimiroviç hansısa üçtərəfli ittifaqın yaradılması zərurətindən danışdı və o, Özbəkistan prezidentinə zəng vurmaq niyyətindədir”. Qeyd edək ki, bunu Tokayev bildirib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Rusiyaya rəsmi səfərə gəlib. Tokayev və Putin bundan əvvəl Rusiya Federasiyası ilə Qazaxıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bəyannamə imzalayıblar.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl qazaxıstanlı politoloq Yerbol Yedilov öz mənbələrinə istinadən bildirib ki, Kreml Tokayevi Aleksandr Nevski ordeni ilə təltif etməyə hazırlaşır, lakin Tokayev prezidentlik müddətinin sonuna qədər nə yerli, nə də xarici mükafatları qəbul etməmək qərarına gəlib. Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Tokayevin Rusiya sərəncamından imtina etməsini təkzib edib. Onun sözlərinə görə, heç bir mükafat nəzərdə tutulmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə