"Qərbi Ukraynanı ilhaq etmək fikrimiz yoxdur"

Polşa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lukaş Yasina, Ukraynanın qərb vilayətlərinin Polşaya birləşdirilməsi ilə bağlı referenduma hazırlıq barədə xəbərlər dezinformasiya olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu, “Polşa ilə Ukrayna arasında mübahisələri qızışdırmaq üçün növbəti cəhddir.

“Bu tezisləri təsdiqləməli olan foto saxtadır və onun üzərində təqdim olunan sənəd reallığa uyğun gəlmir”, -deyə polşalı diplomat bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Polşa hakimiyyətinin Qərbi Ukraynadakı “tarixi torpaqlarını” işğal etməyə və ələ keçirməyə hazırlaşdığı deyilirdi.

Hətta Varşavanın Ukraynanın qərb hissəsinə hərbi kontingent daxil edə və orada işğal olunmuş ərazilərin Polşaya daxil olması ilə bağlı referendum keçirə biləcəyi də deyilirdi.

Polşa mediasının yazdığına görə, belə bir ssenari Ukrayna Silahlı Qüvvələrinin məğlub olacağı və hazırkı Kiyev hökumətinin Qərbə mühacirət edəcəyi təqdirdə reallaşacağı istisna edilmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə