Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri fövqəladə iclasda yeni anti-Rusiya sanksiyalarını müzakirə edirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq bənd iclasın gündəliyinə daxil edilib.

Rus saytlarının yazdığına görə, iclasda, “Şuranın qərarı və Rusiyanın Ukraynada sabitliyi pozan hərəkətləri ilə bağlı məhdudlaşdırıcı tədbirlərə dair qətnamə” nəzərdən keçirilir.

Müzakirənin nəticələrinə əsasən yeni məhdudiyyətlər yazılı prosedur vasitəsilə nazirlər səviyyəsində razılaşdırıla bilər.

Görüş yerli vaxtla 18.45-də (Moskva vaxtı ilə 20.45) başlayır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə