Kalmıkiyada iki infeksiya təhlükəsi ilə əlaqədar karantin tətbiq edilib

Elistada qrip və SARS-ın yayılması təhlükəsi ilə əlaqədar karantin tətbiq edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Kalmıkiyanın baş sanitar həkimi Canqar Sandjiyev bildirib.

“Respublikada qrip və SARS ilə bağlı epidemik vəziyyətin pisləşməsi qeydə alınıb. 47-ci təqvim həftəsində, noyabrın 21-dən 27-dək, Elistada 7-14 yaşlı uşaqlar arasında kəskin respirator virus infeksiyalarına yoluxma halları əvvəlki həftənin eyni dövrü ilə müqayisədə 1,7 dəfə artıb”.

Bunu “Rospotrebnadzor” bildirib.

Qeyd edək ki, noyabrın 29-da başlayacaq Rusiya şəhərində karantin tələbələr arasında bütün kütləvi tədbirlərin qadağan edilməsini, həmçinin birinci sinifdən doqquzuncu sinfə kimi məktəblərdə dərslərin dayandırılmasını nəzərdə tutur. Verilən məlumata görə, onların arasında əlavə təhsilin təşkili də dayandırılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə