Səfərbərlikdə olan rusların arvad və anaları Donbasa göndəriləcək

Rusiyanın Saxalin vilayətindən səfərbər edilmiş sakinlərin həyat yoldaşları və anaları növbə ilə işğal altındakı Donbasa “səfər edəcəklər”.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, orada Ukraynaya qarşı müharibədə rus işğalçılarına “məqsədli və effektiv yardım” göstərəcəklər.

Rus nəşrlərinin yazdığına görə, müvafiq qərar noyabrın 27-də Rusiya Federasiyasında Analar Günündə Saxalin vilayətinin qubernatoru Valeri Lymarenko ilə səfərbər olunanların yaxınlarının görüşündə qəbul edilib.

Bildirilir ki, səfərbər olunan rusların qohumları işğalçıların cəbhədə nəyə ehtiyacı olduğunu yerində öyrənmək üçün qadın ictimai qrupu yaradacaqlar. Onlar “Vahid Rusiya”nın regional bölməsindən “Mütəxəssislik” layihəsinin iştirakçıları olacaqlar.

KİV-in məlumatına görə, belə bir təşəbbüslə qadınların özləri çıxış ediblər və yerli hakimiyyət də onlara dəstək verib. Saxalin vilayətinin başçısı Limarenko onu da bildirib ki, ana və arvadlar növbə ilə Donbasa məqsədli və effektiv yardım göstərmək, hərbçilərin müraciətlərinin dəqiq yerinə yetirilməsini və bağlamaların ünvançılara daha tez çatmasını təmin etmək üçün gedə bilərlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə