Avstraliyada terror təhlükəsi səviyyəsi 2014-cü ildən bəri ilk dəfə olaraq “güclü”dən “aşağı”ya endirilib.
SİA-nın əldə etdiyi məlumata görə, Avstraliya Təhlükəsizlik Kəşfiyyat Agentliyinin (ASİO) rəhbəri Mayk Burgess mövzu ilə bağlı açıqlamasında deyib: "Bu, təhlükənin aradan qalxması demək deyil. Son bir neçə ildə Avstraliyada radikal millətçilik və ifrat sağçı ideologiya artıb.
2014-cü ildə terror təhlükəsi səviyyəsinin yüksəkdən aşağı düşməsindən bəri ölkədə 11 terror aktı törədilib, planlaşdırılan 21 hücumun qarşısı alınıb. Təəssüf ki, bəzi adamlar hələ də avstraliyalıları öldürməyi, söhbət otaqlarında nifrət dolu ideologiyaları yaymağı, qumbaraların hazırlanma qaydasını və silahların istifadəsini öyrətməyə davam edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB