Türkiyədə zavodda güclü yanğın baş verib

Türkiyədə zavodda güclü yanğın baş verib

Türkiyənin Denizli şəhərində kimyəvi məhsullar istehsal edən zavodda güclü yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğından sonra zavodda bir neçə partlayış da qeydə alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Hadisə nəticəsində xəsarət alanların olması ilə bağlı hələ ki, məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə