“Hər hansısa bir ölkənin ərazisinin başqa ölkə tərəfindən işğal olunması qəbulolunmazdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, hər bir ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır: “Lakin çox təəssüf ki, bügünkü Rusiya Federasiyası Çar Rusiyasının, sonra da Sovet Hökumətinin imperialist işğalçı müstəmləkə siyasətini davam etdirməkdədir. Bu da heç də xoş nəticələr vermir, nəticə göz qabağındadır. Yüz minlərlə rus əsgəri məhv olub. Dağıntılar həddindən artıq çoxdur. Hesab edirəm ki, dünya birliyi Rusiyanı başa salmaq üçün kifayət qədər güclü tədbirlər görməlidir”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB