Çində koronavirusa yoluxma halı ilə bağlı yeni rekord aşkarlanıb

Çində koronavirusa yoluxma halı ilə bağlı yeni rekord aşkarlanıb

Çində ötən sutkada koronavirusa 40 052 yeni yoluxma halı aşkar olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bununla da ölkədə pandemiyanın əvvəlindən yoluxma sayı ilə bağlı yeni rekord qeydə alınıb.

Yoluxanların böyük əksəriyyəti xəstəliyi simptomsuz keçirir.

Xatırladaq ki, Çin payızda koronavirusun yeni dalğası ilə üzləşib. Ölkə rəhbərliyi virusun yayılmasının qarşısını almaq üçün sərt məhdudlaşdırıcı tədbirlər görüb. Noyabrın 27-si ölkənin bir sıra bölgəsində məhdudiyyətlərə qarşı etiraz aksiyaları keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə