Brüssel taxıl müqaviləsi çərçivəsində Rusiya banklarından birinin məhdudlaşdırıcı tədbirlərinin götürülməsinə icazə verir. Can, ay can!
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu şadyanalıqla tirajlayan rus nəşrləri Qərbin bu addımını Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların aradan götürülməsinin ilk əlamətləri kimi təqdim etməyə çalışırlar.
Qeyd edək ki, burada söhbət Rusiya Kənd Təsərrüfatı Bankından gedir. Belə ki, Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano, Avropa İttifaqının bu bankın yenidən SWIF bank sisteminə qoşulması imkanlarını nəzərdən keçirdiyini bildirib.
“Biz Rusiyanın Rosselxozbank-ın ərzaq və kənd təsərrüfatı ilə bağlı əməliyyatlardakı rolu ilə bağlı iddialarını və onun SWIFT-dən ayrılması ilə bağlı yaranan çətinlikləri nəzərə aldıq”.
Qeyd edək ki, bunu i Piter Stano bildirib.
Deyilənlərə görə, əməliyyatların daha bahalı və ləng aparılmasına baxmayaraq, ödənişlər mümkündür. “Sanksiyalardan kənarlaşma nəzərdə tutulur ki, bu da Avropa İttifaqı operatorlarına onların tabeliyində olan Rusiya bankları ilə işləməyə imkan verir”. Bunu da Stano bildirib.
...No! Maraqlıdır ki, bu arada Rusiya Taxıl İttifaqı yerli kənd təsərrüfatı şirkətlərinin taxıl müqaviləsinin bərpasından hələ ki, müsbət bir təsir hiss etmədiyini bildirib.
Çünki BMT hələ də sazişin öz hissəsinin icrasına nail olmayıb. Təşkilat qeyd edir ki, kənd təsərrüfatı və ərzaq sahəsində əməliyyatlar üçüncü ölkələrin, o cümlədən Türkiyənin banklarından keçir. Bununla belə, bu maliyyə qurumları məhdudiyyətlərdən qorxur və bu, rus fermerləri üçün əməliyyatları çətinləşdirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB