Dəfn mərasimində torpaq sürüşməsi 11 nəfərin həyatına son qoydu

Dəfn mərasimində torpaq sürüşməsi 11 nəfərin həyatına son qoydu

Kamerunun paytaxtı Yaunde şəhərinin şərqində dəfn mərasimi zamanı torpaq sürüşməsi baş verib, azı 11 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Agence France-Presse” məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə xilasedicilər cəlb edilib. Yaralılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə