Çin xalqı Covid-19 tədbirlərinə qarşı çıxır

Çin xalqı Covid-19 tədbirlərinə qarşı çıxır

Çində vətəndaşlar Covid-19 virusuna qarşı görülən tədbirlərə etirazlarını davam etdirirlər. SİA xəbər verir ki, 2020-ci ilin əvvəlindən Çinin, "Sıfır Covid" strategiyası çərçivəsində sürətli əlaqə izləmə, tez-tez sınaq, uzun müddətli karantin və küçələrin dezinfeksiya edilməsi kimi təcrübələri tətbiq edərək Covid-19 epidemiyası ilə mübarizə aparması ölkənin müxtəlif şəhərlərində etirazlara səbəb olub.

Sincan-Uyğur Muxtar Bölgəsinin Urumçi şəhərində karantində olduğu bildirilən mənzildə cümə axşamı baş verən yanğın nəticəsində 10 nəfərin ölməsi mübarizə tədbirlərinə reaksiyaları artırıb. Paytaxt Pekində və Şanxayda Covid-19 tədbirlərinə etiraz etmək üçün küçələrə çıxan nümayişçilər prezident Xi Jinping və hakim Kommunist Partiyasını istefaya çağırıblar. Nümayişçilər əllərində boş ağ bayraqlar apararkən, bəziləri noyabrın 24-də Urumçi şəhərində baş verən yanğında həyatını itirənlərin xatirəsini şam yandıraraq yad ediblər. Nümayişçilərlə polis arasında toqquşma baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə