KTMT hibrid hücumlara cavab verməyə tam hazır deyil

KTMT hibrid hücumlara cavab verməyə tam hazır deyil

KTMT-nin baş katibi Stanislav Zas təşkilatın hibrid hücumlara cavab verməyə tam hazır olmadığını bildirib. “KTMT müxtəlif təsir formalarının mövcud olduğu bu cür hücumları dəf etməyə hazırdırmı? Mən deyərdim ki, yox, KTMT indi bu cür əks-hücumlara tam hazır deyil”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu KTMT-nin baş katibi bildirib.

KTMT-nin əvvəlcə hərbi təhlükələri dəf etmək üçün sırf hərbi-siyasi təşkilat kimi yaradıldığını xatırladan Zasın fikrincə, buna görə də onun formatı, məsələn, sanksiyalardan və siyasi təzyiqlərdən qorunmaq üçün nəzərdə tutulmayıb.

20 il ərzində, əlbəttə ki, güclü transformasiya baş verib. Biz hamımız dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsi üçün hərtərəfli platformaya çevrilirik.

Stanislav Zas terror təhdidlərini hibrid hücumların üsullarına aid edir. “Bu, həm narkotiklərin qanunsuz dövriyyəsidir, həm də cinayətdir, o cümlədən İKT sahəsində”, - deyən baş katib, əlavə edib ki, KTMT hibrid hücumlara tam cavab verməyə hələ hazır olmasa da, öz qüvvələri arasında qarşılıqlı fəaliyyətin əhatə dairəsini genişləndirərək buna doğru irəliləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə