Saratovda hərbi geyimdə olan könüllü bara buraxılmayıb

Saratovda hərbi geyimdə olan könüllü bara buraxılmayıb

Saratovdakı barlardan birinin mühafizəçisi iki nəfər rus hərbçisini hərbi geyimdə olduqları üçün bara buraxmayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq video da sosial şəbəkələrdə yayımlanıb.

Bundan sonra, sosial şəbəkələrdə quruma toplaşmaq və sahiblərdən izahat tələb etmək çağırışları yaranıb.

Maraqlıdır ki, barın nümayəndəsi Kristina Bananova, rəhbərliyin mühafizəçidən şikayəti olmadığını onun təlimata uyğun hərəkət etdiyini bildirib.

Qeyd edək ki, bu gün Rusiyada müəyyən şərt var ki, həmin şərtlərə görə, xidməti geyimində olan şəxslər bəzi müəssisələrə gedə bilmirlər. Bu, qurumun özünə də aiddir. Belə ki, oraya uniformalı adamlar buraxılmırlar. Bundan başqa, Bananova əsas kimi, hərbçilərin sərxoş olduqlarını da əlavə edib.

Bu arada Dövlət Dumasının regiondan olan deputatı Nikolay Pankov hərbi geyimli şəxsi buraxmayan əyləncə müəssisəsinin ciddi şəkildə cəzalandırılmasını tələb edib.
Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə