Kataloniyada aylardır davam edən quraqlıq səbəbindən ehtiyat suyun səviyyəsi 30 faizə qədər azalıb
Kataloniyada su qıtlığı

İspaniyanın Kataloniya Muxtar Vilayətində su qıtlığı yaranıb.

Kataloniyada aylardır davam edən quraqlıq səbəbindən ehtiyat suyun səviyyəsi 30 faizə qədər azalıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bölgədə yaşayan 6 milyon 700 min insan su qıtlığına məruz qalıb.

Bununla bağlı Kataloniya hökuməti su məhdudiyyətləri tətbiq edib. Müvafiq olaraq sudan istifadə kənd təsərrüfatında 25, heyvandarlıqda 10, sənaye sahələrində 5 faiz məhdudlaşdırılıb.

Kataloniya administrasiyası ev təsərrüfatlarında istifadə olunan su ilə bağlı hələlik heç bir məhdudiyyətin olmayacağını açıqlayıb. Bununla belə, bağçaların suvarılmasının həftədə iki dəfədən artıq aparılmaması və təsərrüfatlara verilən suyun avtomobillərin yuyulması və hovuzların doldurulması üçün istifadə edilməməsi tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə