Yanğını kim törədib?

Bir neçə gün əvvəl rus saytlarında rejissor Stanislav Qovoruxinin dul həyat yoldaşının ölümü ilə bağlı xəbər yayılmışdı. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 74 yaşlı Qalina Yeni Moskvada öz evində baş verən yanğın səbəbindən ölüb.

Qeyd edək ki, bu arada “İnanmayacaqsan!” verilişində. qadınla bağlı xoşagəlməz detallar üzə çıxıb.

Beləliklə, ilkin məlumata görə, yataq otağında başlayan yanğın evin digər hissələrinə də keçib. Belə ki, yanğın başlayan vaxt Qovoruxinin arvadı yataqda olub, ona görə də qaça bilməyib.

Onu da qeyd edək ki, yanğının səbəbi hələ də müəyyən edilməyib.

Buna baxmayaraq, Qalinanın xidmətçisi yanğının dul qadının əlindəki sönməmiş siqaretdən də ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, Qadının qonşuları onun son illər spirtli içkilərə aludə olduğunu və çoxlu siqaret çəkdiyini təsdiqləyiblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə