Şimali Koreya dünyanın ən böyük nüvə dövləti olmaq istəyir

Raket ABŞ ərazisinə çatmağa və “Amerikanın nüvə təhlükəsini” dəf etməyə qadirdir
Şimali Koreya dünyanın ən böyük nüvə dövləti olmaq istəyir

Şimali Koreya dünyanın ən güclü nüvə gücünə çevrilməlidir. Bu barədə bazar günü KXDR rəhbəri Kim Çen In hərbçi və alimlərə müraciətində bildirib. O, həmçinin noyabrın 18-də “Hvason-17” qitələrarası ballistik raketinin buraxılışında iştirak edən texniki heyətin mükafatlandırılması barədə göstəriş verib.

Kim Çen In “Hvason-17”-nin sınaqdan keçirilməsinə böyük ümidlər bəsləyir. Raket ABŞ ərazisinə çatmağa və “Amerikanın nüvə təhlükəsini” dəf etməyə qadirdir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kim bunu Şimali Koreya ordusu üçün əsas vəzifə hesab edir. O, “Hvason-17”-ni dünyanın ən güclü strateji silahı adlandırıb.

Şimali Koreya rəhbəri ballistik raket sınağına həyat yoldaşı və adı açıqlanmayan 12 yaşlı qızı ilə qatılıb. Bu, dövlət başçısının qızının ictimaiyyət qarşısında ilk çıxışı olub. KXDR-də hakimiyyət faktiki olaraq miras qaldığından ekspertlər bu yolla Kim Çen Inın mümkün varisini nümayiş etdirdiyi qənaətindədirlər.

Yeri gəılmişkən, noyabrın 21-də ABŞ Şimali Koreyanın nüvə sınaqlarını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının çağırılmasını tələb edib.

Şimali Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini, Kim Çen Inın bacısı Kim Yo Conq BMT Təhlükəsizlik Şurasını təxribatda və “ikili standartlar siyasəti”ndə ittiham edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə