Pakistanlı deputatın Düşənbəyə uçuşu qadağan edilib

Pakistanlı deputatın Düşənbəyə uçuşu qadağan edilib

Puştun Təhafuz Hərəkatının liderlərindən biri və pakistanlı deputat Möhsin Davar İslamabad-Düşənbə reysinə buraxılmayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, siyasətçi Əfqanıstanla bağlı konfransda iştirak etmək üçün Tacikistanın paytaxtına uçmalı idi. Mohsin Davar, Nazirlər Kabinetinin onun adını Pakistana səyahət qadağası siyahısından çıxarmasına baxmayaraq, İslamabad hava limanında Federal Təhqiqat Agentliyinin əməkdaşı tərəfindən dayandırıldığını özünün “Tvitter” hesabında yazıb.

“Bir Federal Təhqiqat Agentliyinin zabiti federal hökumətdən daha çox səlahiyyətlərə malik olduğunu göstərdi”.

Bunu da pakistanlı deputat yazıb.

Xatırladaq ki, Əfqanıstan Strateji Məsələlər İnstitutu 29-30 noyabr 2022-ci il tarixlərində Düşənbədə onuncu Herat Təhlükəsizlik Dialoqunu keçirəcək. Forumun təşkilatçıları onun işində Əfqanıstan və region ölkələrinin nümayəndələrinin də iştirak edəcəyini bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə