Rusiyanın qələbəsi, Avropanın məğlubiyyəti olacaq!

Rusiyanın qələbəsi, Avropanın məğlubiyyəti olacaq!

Polşa xüsusi xidmət orqanlarının işini koordinasiya edən nazirin sözçüsü Stanislav Jarın Rusiyanın Polşaya hücum hazırlığına dair heç bir əlamət olmadığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “İl Messaggero” qəzetinə müsahibəsində əlkə rəsmisi Rusiyanın Polşaya qarşı hərbi təcavüz hazırladığına dair heç bir siqnal olmadığını bildirib. Jarın ehtimalına görə, Rusiyanın NATO üzvünün ərazisinə təsir etmək cəhdi müşahidə edilmir.

Nazir sözçüsü hesab edir ki, Kiyev hakimiyyətinin coğrafi mövqeyi və dəstəyi ölkəni Moskvadan gələn hibrid təhlükələr üçün hədəfə çevirir.

Maraqlıdır ki, Jar, hazırda Ukraynada sülhün bərqərar olması üçün heç bir ilkin şərt olmadığını, münaqişənin mümkün strateji fasilələrlə illərlə davam edə biləcəyini də gizlətməyib.

Xatırladaq ki, bir gün əvvəl Kiyevə səfər edən Polşanın baş naziri Mateuş Moravetski, əgər Rusiya Ukraynada qalib gələrsə, o zaman bütün Avropanın uduzacağını demişdi.

Polşalı rəsmi, ona görə də bütün Avropanı Polşaya köməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə