ABŞ bir zərbə ilə Avropanı zəiflətmək, sonra isə Çinə yaxınlaşmaq üçün Rusiyanı tapdalamaq niyyətindədir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib, onun müsahibəsindən bir fraqment “Birincilər hovuzu” Telegram kanalında dərc olunub.
Siyasətçi səslənən ssenarini qeyri-real adlandırıb və heç vaxt gerçəkləşməyəcəyinə ümid edib.
“Görünür, Amerikada hərbçilər axmaq deyillər, lakin belə bir cəbhədə belə bir müharibəyə başlamaq tamamilə qeyri-realdır”- deyə Lukaşenko əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl Belarus rəhbəri nizam-intizamsızlığın, ümumiyyətlə istənilən məsələdə boşboğazlığın onu hiddətləndirdiyini bildirmişdi.
O sərt məhdudiyyətlərin tərəfdarı olmadığını və əsas məsələnin işi görmək olduğunu qeyd edib. Lukaşenko ya görə, əks halda, respublika “bəla biçəcə” bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB