Türkiyə Silahlı Qüvvələrinin birliklərinin İraq və Suriyanın şimalında keçirdikləri növbəti əməliyyatları nəticəsində terrorçulara növbəti dəfə sarsıdıcı zərbə vurulub.
SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib ki, noyabrın 25-də və 26-da ümumilikdə 22 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Onlardan 10-u İraqın, 12-si isə Suriyanın şimalında məhv olunub.
Dövlət rəsmiləri bir daha bəyan ediblər ki, antiterror əməliyyatları son terrorçu məhv edilənə qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB