Dünyada koronavirusa yoluxanların sayı 641 milyonu ötüb

Dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 641 milyon 311 min 214 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə hesablamanı ABŞ-ın Cons Hopkins Universiteti aparıb.

Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 630 min 278 nəfər COVID-19-a yoluxmanın nəticələrindən dünyasını dəyişib.

30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.

Bütün xəbərlər Facebook səhifəmizdə