43 ildir hakimiyyətdə olan prezident yenidən seçildi

Ekvatorial Qvineya prezidenti Teodoro Obianq Nguema noyabrın 20-də keçirilən seçkilərdə səslərin 95%-ni toplayaraq qalib gəlib. SİA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nəticələrə əsasən, 43 ildir hakimiyyətdə olan 80 yaşlı Obianq 6-cı dəfə prezident seçilib.

Qeyd edək ki, o, dünyanın ən uzun müddət hakimiyyətdə qalan prezidentidir.

Bütün xəbərlər Facebook səhifəmizdə