Xerson intensiv atəşə tutulur - 30-dan çox ölən var

Ukraynanın Xerson vilayəti işğaldan azad edildikdən sonra Rusiya ordusu tərəfindən intensiv şəkildə atəşə tutulur. SİA xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəisi İqor Klymenko "Facebook" səhifəsində yazıb.

Bildirilib ki, şəhər azad edildikdən sonra Rusiya ordusunun açdığı atəş nəticəsində azı 32 nəfər həlak olub.

"Rusiyanın gündəlik atəşi şəhəri yerlə-yeksan edir və dinc yerli sakinləri öldürür. Ümumilikdə Rusiya Xerson vilayətində 32 dinc sakini öldürüb", - deyə İqor Klymenko vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də ruslar Xerson şəhərindən geri çəkilib. Onlar indi Dnepr çayının şərq sahilində yerləşirlər və oradan şəhəri müntəzəm atəşə tuturlar.

Bütün xəbərlər Facebook səhifəmizdə