Yeni nüvə dövləti hansı dövlət olacaq?

“19FortyFive”ın köşə yazarı Robert Kelli yeni nüvə gücünün meydana çıxacağını proqnozlaşdırdı.

Jurnalistin fikrincə, Cənubi Koreya nüvə silahının növbəti sahibi ola bilər. Kelli hesab edir ki, Seulun nüvə proqramını inkişaf etdirməsinin lehinə iki arqument var. SİA bu barədə rus saytlarına istinad edir.

Birincisi, o, KXDR-də ABŞ ərazisinə çata bilən qitələrarası ballistik raketlərin peyda olması səbəbindən Vaşinqtonda inamın düşməsini adlandırıb.

İkinci səbəb, məqalə müəllifinin fikrincə, Cənubi Koreya və ABŞ-ın təhlükəsizliklə bağlı fikirlərinin fərqli olmasıdır. Seul üçün Pxenyana müqavimət göstərməkdə davam etmək vacibdir və Vaşinqton “böyük güclərin rəqabətinə” yönəlib. Kelli nüvə statusunu “Amerika ilə fikir ayrılıqlarını kompensasiya etmək yolu” adlandırıb, lakin KXDR, Yaponiya və Çinin buna mümkün reaksiyasından narahatlığını bildirib.

Maraqlıdır ki, Kelli bir ölkədə nüvə silahının peyda olmasını çox vaxt düşmən ölkələrin “nüvələşdirilməsinə” səbəb olduğunu xatırladıb. Nümunə kimi o, ABŞ-ın hərəkətlərinə cavab olan SSRİ-nin nüvə proqramını və Pakistanla Hindistan arasında oxşar vəziyyəti göstərib. Eyni zamanda Kellinin ehtimalına görə, əgər Cənubi Koreyada nüvə bombası varsa, bu halda Yaponiya nüvə bombası yaratmayacaq, lakin Çin və Şimali Koreya da oxşar şəkildə cavab verə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə