Türkiyə icazə istəməyəcəyini bildirir

Antiterror əməliyyatları keçirmək üçün

Türkiyə antiterror əməliyyatları keçirmək üçün icazə istəmək fikrində deyil. RİA Novosti xəbər verir ki, bu barədə prezidentin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Qeyd edək ki, Türkiyə noyabrın 20-dən etibarən ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının Suriya qanadına qarşı hava əməliyyatı keçirir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, əməliyyat uğurla keçib, ola bilsin ki, ondan sonra quru əməliyyatı olsun.

Kalın qeyd etdiyi kimi, Ankara çağırışlar və təhdidlər mövzusunu onların aradan qaldırılması üçün gələcək birgə addımlar atmaq üçün müttəfiqləri ilə müzakirə etməyə hazırdır. O, Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqla sərhəddə bütün hərəkətlərinin BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə hüququ) əsaslandığını vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə