Zaxarova Makeinin ölümü ilə bağlı xəbərə reaksiya verib

Rusiya Xarici İşlər Nazirliyi Belarusun xarici işlər naziri Vladimir Makeyin ölümü ilə bağlı xəbərlərdən şoka düşüb, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb. Onun sözlərinə görə, Moskva tezliklə rəsmi başsağlığı dərc edəcək.

“Belarus Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Vladimir Makeyin ölümü ilə bağlı xəbərlər bizi şoka salıb”.

Bunu Zaxarova yazıb.

Qeyd edək ki, Belarus XİN rəhbərinin qəfil ölümünün səbəbi açıqlanmayıb. Bir daha qaeyd edək ki, diplomat 1958-ci il təvəllüdlü idi.

O, 2012-ci ildən bu vəzifəni icra edir və bundan əvvəl dörd il dövlət başçısının administrasiyasına rəhbərlik edib, 8 il respublika prezidentinin köməkçisi olmuşdu.

Xatırladaq ki, bazar ertəsi, noyabrın 28-də Makeinin rusiyalı həmkarı Sergey Lavrovla danışıqları baş tutmalı idi.

Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Moskva, Kiyev və Minskin kənar müdaxilə olmadan danışıqlar aparmasının tərəfdarı idi. O hesab edirdi ki, kənar müdaxilə olmadığı halda tərəflər daha tez razılıq əldə edə biləcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə