''Türkiyənin taxıl sazişi ilə bağlı göstərdiyi səyləri yüksək qiymətləndirirəm''

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin taxıl sazişinin uzadılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiklərini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə təşkil edilən “Ukraynadan taxıl” sammitində Qolodomor faciəsinə toxunub.

“Rusiya aclıqdan bu gün Ukraynaya qarşı silah kimi istifadə edir'' deyən Stoltenberq NATO müttəfiqlərinin və Avropa İttifaqının (Aİ) Ukraynadan quru yolu ilə ərzaq daşımaq səylərini alqışladığını bildirib.

Stoltenberq deyib: ''Türkiyənin taxıl sazişinin uzadılması üçün göstərdiyi səyləri alqışlayıram. Bir müddət əvvəl İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyim görüş zamanı ​​Boğazdakı taxıl gəmilərini gördüm''.

Bütün xəbərlər Facebook səhifəmizdə