Belarusun xarici işlər naziri Vladimir Makey vəfat edib

Belarusun xarici işlər naziri Vladimir Makey vəfat edib. SİA-nın əldə etdiyi məlumata görə bu barədə BELTA xəbər verir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaza istinadən xəbərdə deyilir ki, “Belarus xarici işlər naziri Vladimir Makey qəfil dünyasını dəyişib”. Qeyd edək ki, iplomatın 64 yaşı var idi.

Vladimir Makey 1958-ci ildə SSRİ-nin Qrodno vilayətində anadan olub. Açıq mənbələrə görə, o, Minsk Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu bitirib, həmçinin Avstriya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb.

Siyasətçi 2012-ci ildən Belarusun Xarici İşlər Naziri vəzifəsində çalışır. Bundan əvvəl o, dörd il respublika Prezidentinin administrasiyasına rəhbərlik edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə