Putin yeddi rus qadınına “Qəhrəman ana” adı verdi

Rusiya prezidenti Vladimir Putin Analar Günü ərəfəsində ölkənin yeddi sakininə “Qəhrəman Ana” titulu verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq fərman hüquqi informasiyanın rəsmi internet portalında yerləşdirilib.

Beləliklə, sərəncama əsasən, ailənin möhkəmləndirilməsində və əhəmiyyətinin artırılmasında böyük xidmətlərinə görə Axmatova Anjela Xızırovna, Badmaeva Lyudmila Nikolaevna, Kitayeva Yelena Anatolyevna, Kozhevatova Yelena Gennadievna, Menşikova Qalina Nikolaevna, Saltıkova Tatyana Sergeevna və Skripko İrina Borisovna bu fəxri ada layiq görülüblər.

Bundan əvvəl Putin “Qəhrəman ana” adının bərpası ideyasını dəstəkləyib.

Xatırladaq ki, müvafiq fərman 2022-ci il avqustun 15-də dərc edilib. Prezidentin sözlərinə görə, Rusiya hakimiyyəti çoxuşaqlı ailələrə sosial dəstək tədbirləri haqqında müddəanı yeniləmək və genişləndirmək qərarına gəlib.

“Valideyn Şöhrəti” ordeni sahiblərinə isə 200 və 500 min rubl verilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə