İtaliyada torpaq sürüşməsi: 8 nəfər ölüb

İtaliyanın İskia adasında sürüşmə baş verib. SİA xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həyatını itirib.

Yanğınsöndürənlər axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb. Hadisə şahidləri bildiriblər ki, körpəsi olan ailə maşınla bərabər dənizə sürüklənib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə