Kosmosa getmək üçün alnına İlon Maskın adını yazdırıb

Kosmosa uçmaq istəyən İlon Maskın pərəstişkarı alnına iş adamının adını döymə etdirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rodriqo Amerika bu yolla Maskın diqqətini çəkməyi hədəflədiyini söyləyib.

Braziliyalı sosial media fenomeni Rodriqo Amerikanın alnına iş adamı İlon Maskın adı döymə vurulub. Amerika "İlon Maskın etdikləri, edəcəkləri və insanları Marsa aparmaları tarixə düşəcək. O, mənim ilham mənbəyimdir" deyib.

Amerika döymə sayəsində insanları Marsa aparmağı planlaşdıran Maskın SpaceX kosmik şirkətində könüllü sərnişinlərdən biri olmağa ümid etdiyini bildirib. Braziliya fenomeni Tesla və SpaceX CEO-nun diqqətini çəkmək üçün döymə haqqında tez-tez paylaşdığını və bunun işlədiyini düşündüyünü ifadə edib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə