Çində koronavirus epidemiyasında son 24 saatda 35 183 yeni yoluxma aşkar edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, gündəlik yoluxmaların sayı ardıcıl üçüncü gün rekord səviyyəyə çatıb.

Çin Milli Səhiyyə Komissiyasından verilən açıqlamada, Çinin materikində son 24 saat ərzində ümumilikdə 35 183 yeni koronavirus hadisəsinin aşkar edildiyi, onlardan 31 709-unun asemptomatik olduğu bildirilib. Son 24 saat ərzində qeydə alınan hadisələrin sayı ilə gündəlik hadisələrin sayında ardıcıl üçüncü gün rekord qırılıb. Yeni halların əksəriyyəti cənubdakı Quançjouda və cənub-qərbdəki bir böyük şəhər olan Çonqinqdə qeydə alınıb. 32 milyon əhalisi olan Chongqing-də yoluxmaların sayı əvvəlki günə nisbətən təxminən 20 faiz artaraq 7721 olaraq qeydə alınıb. 19 milyon əhalisi olan Quançjouda 7 min 419 yeni yoluxma halı qeydə alınıb.

Paytaxt Pekində gündəlik halların sayı əvvəlki günə görə yüzdə 58 artaraq 2 min 595-ə yüksəlib. Hebei, Sıçuan, Şansi və Qinghai əyalətlərində də mindən çox yeni hadisə qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə