Qazaxıstanda parlament seçkilərinin vaxtı elan edilib

Qazaxıstan parlamentinin yuxarı palatası olan Senata seçkilər 2023-cü il yanvarın 14-də keçiriləcək.

SİA-nın məlumatına görə, bu barədə bu gün Qazaxıstan prezidentinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, bununla əlaqədar prezident Kasım-Jomart Tokayev müvafiq fərman imzalayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında K.Tokayevin prezident vəzifəsində andiçmə mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə