Türkiyənin Zonquld şəhərinin Ereğli bölgəsində restoranın qarşısında dayanan restoran sahibi və dostu maskalı şəxslərin hücumuna məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hücum edənlər hadisə yerindən qaçmağı bacarıb.

Ayaqlarından yaralanan 2 nəfər isə xəstəxanaya aparılıb.
İddiaya görə, yaxınlaşan maskalı şəxslər silahla atəş açmağa başlayıb. Hücum edənlərin tapançalarından çıxan güllələr həmin şəxslərin ayaqlarına dəyib.

Hadisə yerinə çoxlu sayda polis və tibb qrupu göndərilib.

Polis hücum edənləri müəyyən etmək üçün ətrafdakı kamera görüntülərini araşdırıb. İstintaq davam edir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə