Avropanı qorxudan xəbərdarlıqlar

Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsi ilə əlaqədar Qərbin sanksiyalarına cavab olaraq Avropaya qaz nəqlini demək olar ki, dayandırması Aİ ölkələrini son illərin ən böyük böhranı ilə üz-üzə qoyub. SİA-nın xarici mətbuata istimadən verdiyi məlumata görə, 2023-cü ildə Avropada qazın qiyməti orta hesabla bir meqavatsaat üçün 108 avro təşkil edib ki, bu da əvvəlki onilliyin orta göstəricisindən dörd dəfə çoxdur.

Mülayim payız havası və Avropanın qaz çənlərinin sürətlə doldurulması bu qış regionun enerji təhlükəsizliyini müəyyən dərəcədə gücləndirdi, lakin gələn yay və növbəti qış üçün kifayət qədər ehtiyatın olub-olmayacağı ilə bağlı narahatlıqlar artmağa başlayır.
Enerji sektorunun rəhbərləri və analitiklərinin son xəbərdarlıqlarına əsasən, region tələbi cilovlaya bilməsə və yeni qaz tədarüklərini təmin edə bilməsə, Avropanın enerji böhranı illər boyu davam edəcək.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə