Seulda ilk sürücüsüz avtobus fəaliyyətə başlayıb

Cənubi Koreyalı Hyundai-nin 42 Dot start-up şirkəti tərəfindən hazırlanmış avtonom avtomobil texnologiyası ilə sürücüsüz avtobusların yollarda meydana çıxması böyük həyəcan yaradıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Koreyanın paytaxtı Seulda ölkənin ilk avtonom, sürücüsüz avtobus xətti noyabrın 25-də fəaliyyətə başlayıb.

Avtobuslar bahalı sensorlar əvəzinə kameralar və lazerlərlə yollarını tapır.

Hələlik avtobus təhlükəsizliyə nəzarət etmək üçün müdaxiləsiz sürücü ilə şəhərin mərkəzində təxminən 20 dəqiqə çəkən bir xətt üzrə hərəkət edir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə