"Rusiyanın silah ixracı 8 milyard dolları keçib" - PUTİN

2022-ci ildə Rusiyanın silah ixracı 8 milyard dolları keçib. SİA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rostex şirkətinin 15 illiyinə həsr olunmuş mərasimində bildirib.

“Məlumdur ki, bu gün silahların əksər hissəsi daxili tələbata, ordunun ehtiyacına yönəldilir. Lakin bu şərtlərdə də biz dünya silah bazarında 8 milyard dollarlıq silah satmışıq” – deyə Putin bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə